Yeni nazir rayon təhsil şöbələrinin müdirlərini məhşərə çəkir
11:33 21-08-2013
CƏMİYYƏT
Yeni nazir rayon təhsil şöbələrinin müdirlərini məhşərə çəkir
Ayrı-ayrı rayonların təhsil "şef"ləri haqqında iddiaların intensivləşməsinin pərdəarxası
Son günlər bir çox rayonların təhsil şöbələrinin müdirləri haqqında ifşaedici məlumatlar intensivləşib. Təkcə dünən bu mövzuda iki ilginc məlumat yayılıb.
Məlumatların birində bir müddət bundan əvvəl Kəlbəcər rayon təhsil şöbəsinin rəhbəri Məhəmməd Bağırova qarşı şok ittihamlar səsləndirən rayon köçkünü Fərqanə Ələkbərovanın dediklərinin təsdiqləndiyi bildirilirdi (bizimyol.info).
Xatırladaq ki, bir neçə ay öncə Fərqanə Ələkbərova ölkədə böyül sensasiyaya səbəb olan video müsahibəsində Məhəmməd Bağırovun ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində ona saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirib. Müsahibəsində Fərqanə Ələkbərova təhsil müdirinin verdiyi vədlərin içində ancaq ona saxta diplom aldığını deyirdi. Ancaq bu video sonradan ictimailəşəndən sonra M.Bağırov F.Ələkbərovaya müxtəlif yollarla təzyiq və təsir edərək, jurnalistin ondan zorla müsahibə aldığını dedizdirmişdi. Bununla bağlı Gəncə prokurorluğunda aparılan araşdırma zamanı F.Ələkbərovanın dedikləri sübuta yetirilməyib.
Dünən isə təhsil şöbəsi rəhbərinin Fərqanə Ələkbərovaya aldığı saxta diplomun surəti yayılıb. Gəncə Müəllimlər İnstitutunun direktoru Ramiz Məmmədovun imzasıyla diplom əvəzi arayış Fərqanə Ələkbərovanın işə qəbul olunması üçün verilib.
Digər bir məlumatda isə qeyd olunurdu ki, hazırda Gədəbəy rayon təhsil şöbəsi Təhsil Nazirliyi tərəfindən yoxlanılır. Yoxlamaya səbəb müəllimlər arasında saxta diplomluların olub-olmadığı və korrupsiya şübhələrinin aydınlaşdırmasıdır.
Bəzi müşahidəçilər hesab edirlər ki, yeni təhsil naziri rayon təhsil şöbələrinin önəmli hissəsitni dəyişmək və onları yenilərlə əvəzləmək niyyətindədir. Amma bir çox rayonlarda icra hakimiyyəti başçıları buna mane olur. Onlar öz rayonlarının təhsil "boss"ları ilə əlbir işlədiklərindən belə bir müqavimətə əl atırlar.
Bu vəziyyətdə isə yeni təhsil naziri ayrı-ayroı rayonların təhsil şöbələrinin rəhbərləri haqqındakı korrupsiya və digər qanunsuzluq faktlarının hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasında, onların bu yolla cəzalandırılmasında maraqlıdır.
Odur ki, istisna edilmir ki, Təhsil Nazirliyinin rəhbərliyinin dəyişməsinə rəğmən hələ də köhnə iş prinsipləri ilə çalışmağa üstünlük verən və keçmişdən qalan qanunsuz, zərərli vərdişlərindən əl çəkməyən istəməyən bir çox rayon təhsil şöbələrinin rəhbərləri yaxın gələcək ərzində çətin günlər yaşayacaqlar. Onların bir çoxunun hətta bu barədə məlumatlı olduqları və istər karyeraları, istər müxtəlif yollarla topladıqları sərvət, istərsə də hətta azadlıqları ilə bağlı dərin narahatlıq keçirdikləri də yayılan informasiyalar arasındadır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29