Xəbər verdiyimiz kimi, Litvada Azərbaycan səfirliyinin əməkdaşları qəzaya düşüb.
"Unikal" xəbər verir ki, Litvanın "Delfi" agentliyi qəzanın detalları ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan səfirliyinə məxsus avtomobil Vilnüs şəhərinin mərkəzində qəza törədib. Sürücünün sərxoş olduğu müəyyən edilib.
Litva polisinin məlumatına görə, saat 21:20 radələrində Vilnüs şəhərinin mərkəzində “Volkswagen Golf” və “Volkswagen Passat” markalı avtomobillərin toqquşması barədə məlumat daxil olub. Polisin sözlərinə görə, qəzanı Azərbaycan səfirliyinə məxsus “Volkswagen Passat” markalı avtomobil törədib.
Səfirliyin avtomobilində 4 nəfər olub, onların hamısı sərxoş olub. Polis qəzanı törədən sürücünün qanında 1,4 promil spirt olduğunu açıqlayıb.
*** 10:10
Vilnüsdə Azərbaycan səfirliyinin "VW Passat" markalı avtomobili qəzaya düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat dərc edib.
Bildirilir ki, avtomobil "VW Golf" markalı minik maşını ilə toqquşub. Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub.
Gülayə Mecid