Rusiya prezidenti Vladimir Putin bildirib ki, mayın 9-da Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Rusiyaya gəlməyi planlaşdıran xarici siyasətçilər onları təhdid edənlərdən qat-qat cəsarətlidirlər.
"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, Rusiyaya gəlmək istəyənlər kiminsə arxasınca gizlənərək kimisə hədələməyə çalışanlardan qat-qat cəsarətlidirlər. İlk növbədə, bu halda nasizmlə mübarizədə canlarını fəda etmiş insanların tarixi xidmətlərini qeyd etməyə hazırlaşanları təhdid etmək?”, - deyə Putin təəccübləndiyini bildirib.