Naməlum şəxs ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin içərisində açarlar, bilet və külli miqdarda pul olan çantasını oğurlayıb.
"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hadisə Vaşinqtonun mərkəzində, Noemin nahar etdiyi restoranda baş verib.
Məlumata görə, çantada sürücülük vəsiqəsi, dərmanlar, mənzil açarları, pasport, rəsmi sənəd, kosmetik çanta və təxminən 3000 dollar pul olub.