Özbəkistanın birinci prezidenti İslam Kərimovun nəvəsi Mariam Tillayeva Rusiyanın yeni “Oyun ustası” realiti-şousunda iştirak edəcək.

"Unikal" xəbər verir ki, bu barədə TNT-nin mətbuat xidməti məlumat yayıb.

Məryəm Özbəkistandan kənarda böyüyüb və təhsil alıb. Lakin son vaxtlar vətənində yaşayıb, ictimai fəaliyyətlə məşğul olub və sosial layihələr hazırlayıb. Onun sözlərinə görə, psixoloji realiti-şouda iştirak etmək onun üçün yeni təcrübə olacaq.