Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun, Şəki rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Nəticədə sürücü T.Şirəliyev xəstəxanada dünyasını dəyişib, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seymur Əli