Təyyarəsiz aeroport-Ermənistan vurulacağından ehtiyatlanır
11:37 22-08-2013
İQTİSADİYYAT
Təyyarəsiz aeroport-Ermənistan vurulacağından ehtiyatlanır
Ermənilərin Xankəndi aeroportu ilə bağlı hay-küylü bəyanatları hələ də qeyri-müəyyən olaraq qalır.
Aeroportun istifadəsi ilə bağlı hər dəfə yeni tarix açıqlayan separatçı rejim rəsmiləri görünür Azərbaycan tərəfinin hədələrini nəzərə almağa məcbur olublar. Baxmayaraq ki, bunu özləri etiraf etmək istəmir.
Əgər xatırlayırsınızsa ilk dəfə 2010-ci ilin oktyabrında mətbuatda Xankəndi aeroportunun tikintisi ilə bağlı məlumatlar yayıldı. Sovet dövründə Qarabağda yeganə iri tutumlu sərnişin təyyarələrini qəbul edən Xocalı aeroportu Qarabağ müharibəsi dövründə dağıdılmışdı. Aeroportu bərpa edərək Xankəndi aeroprtu kimi istismara vermək istəyən Ermənistan əvvəlcə bunu Laçın dəhlizindən keçən yolun çətin və təhlükəli olması ilə əlaqələndirməyə başladı. Məsələnin gerçək tərəfi isə az sonra görünməyə başladı.
Rəsmi Bakı təbii ki, Dünya birliyi tərəfindən tanınan rəsmi sərhədləri daxilində qanunsuz uçuşların keçirilməsinə imkan verilməyəcəyi bəyanatını verməli idi və verdi də.
Azərbaycan Dövlət Mülki Aviasiya xidmətinin direktoru Arif Məmmədov məsələ ilə bağlı xüsusilə sərt bəyanat verdi. Azərbaycanın Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etdiyini bildirən Arif Məmmədov "Azərbaycanın hava məkanında qanunsuz uçuşlar həyata keçirən təyyarələrin vurulacağını dilə gətirdi.
Buna cavab olaraq qondarma Qarabağ rejiminin müdafiə naziri Movses Akopyan isə çıxışında Azərbaycan raketlərinin Xankəndində havaya qalxacaq təyyarələrə heç bir təhlükə törətməyəcəyini dedi. Onun sözlərinə görə, Dağlıq Qarabağın Hava Hücumundan Müdafiə Sisetmi istənilən təhküləni dəf etməyə hazırdı.
Daxili auditoriyaya hesablanmış bu erməni bəyənatı rusiyalı hərbi ekspertlər tərəfindən inkar edildi. Məsələyə fikir bildirən rusiyalı ekspertlərin fikrincə, təmas xəttindən 25 kilometr məsafədə yerləşən aeroport Azərbaycanın arsenalındakı mövcud zenit-raket komplekslərindən heç cürə müdafiə oluna bilməyəcək.
Dünyanın ən müasir zenit-raket kompleksi S-300 120 km məsafədə hədəfi 100 % dəqiqliklə məhv edə bilir. Hələ son illər Rusiyadan alınmış "SMERÇ" artilleriya qurğuları sərhəddən çox uzaqda yerləşməyən hava limanını alt-üst edə bilər. Dağlıq Qarabağın ərazisinin çox böyük olmadığını nəzərə aldıqda isə bölgənin hava məkanına Azərbaycanın asanlıqla nəzarət etdiyini görmək olar.
Beləcə, tərəflərin diplomatik söz atışmasına rəğmən aeroportun istifadəyə verilmə tarixi uzadılmağa başladı. Təyyarələrin təhlükəsizliyi barədə təminatlarının puça çıxdığını görən Movses Akopyan Xankəndindən Yerevana uçacaq təyyarənin vurulacağı təqdirdə onların da analoji cavabı Gəncə aeroportunda eniş edəcək təyyarələrə qarşı tətbiq edəcəklərini dilə gətirdi. Bu addımlar tərəflər arasında iri miqyaslı müharibəyə çevrilə bilərdi.
Məsələ ilə bağlı bəyənat yayan ATƏT-in Minsk qrupu tərəfləri səbrli olmağa və danışıqlar yolu ilə məsələni həll etməyə çağırdı.
Həmsədrlər Qarabağdakı rejimə açıq şəkildə bildirdilər ki, rəsmi Bakı ilə razılaşmadan uçuşu həyata keçirilməsi böyük təhlükə daşıyır. Hər dəfə yeni bəyənatla çıxış edən ermənilər aeroportun istifadəyə verilməsinin ləngiməsini texniki işlərlə əlaqələndirirdi. Lakin ötən ilin noyabrında Xankəndi aeroportunun baş memarı Tiqran Barseqyan jurnalistlərlə görüşündə bütün işlərinin tamalandığını və təyyarə uçuşlarını təxirə salmaq üçün heç bir səbəbin olmadığını bildirdi. Onun sözlərinə görə, aeroport ətrafındakı təpələr lazımi səviyyəyə qədər azaldılıb. Bütün texniki avadanlığın da artıq quraşdırıldığını bildirən memar uçuşları ertələmək üçün bir səbəb görmədiyini dedi.
Bu ilin fevralında isə Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov heç bir halda mülki təyyarə vurmayacaqlarını bildirdi.
Lakin rəsmi səviyyədə səslənən bəyənat belə ermənillərin aeroportu işə salamasını cürətləndirə bilmədi. Qeyri-rəsmi səviyyədə ermənilərin uçuşları həyata keçirmək üçün rəsmi Moskva ilə danışıqlar apardığı bildirilirdi. Təsadüfi deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibi Nokolay Bordyuja Azərbaycanın Xankəndindən qalxan yəyyarələri vurmaq hədələrini "uğursuz zarafat" kimi qiymətləndirmişdi. Onun fikrincə, heç bir halda mülki təyyarə hücum obyekti ola bilməz.
Bir ay bundan öncə isə erməni KİV-lərinin yaydığı məlumatda Yerevan-Xankəndi reysini həyata keçirəcək təyyarənin Ermənistana gətirildiyi bildirilirdi. Təyyarəni Argentinanın ən varlı şəxslərindən biri sayılan, erməni əsilli milyarder Eduardo Ernekyan Qarabağa hədiyyə etmişdi. Onu da qeyd etmək yerinə düşər ki, aeroportun tikiləməsi üçün nəzərdə tutulan 5 milyon dollar vəsaiti də Ernekyan ayırıb. Lakin məsələ təyyarənin Yerevana gətirilməsindən o yana gedə bilmədi. Gözlənilən reys hələ də baş tutmayıb.
Baxmayaraq ki, 2 ilə yaxındır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində aviauçuşların baş tutacağı deyilir. Müşahidəçilər isə yaxın müddətdə vəziyyətin dəyişməyəcəyi gümanındadırlar. Bu isə Ermənistan və onun havadarlarının Qarabağa gələcək təyyranəni Azərbaycan tərəfindən vurulacağından ehtiyatlanması kimi dəyərləndirilir. Çünki Beynəlxalq Mülki Aviasiya Təşkilatı Qarbağa aviauçuşların Azərbaycanla razılaşdırılmasının zəruriliyini Ermənistana çatdırıb.
Görünür Ermənistan bütün bunları nəzərə alaraq Qarabağa aviauçuş məsələsində sükuta üstünlük verib.
Vüqar İsmayılov
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40