Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi tarixin ən çox maaş alan idmançıları reytinqində altıncı yerdən beşinci yerə yüksəlib.
"Unikal" xəbər verir ki, idmançıların qazancı inflyasiya nəzərə alınmaqla onların futbolçu karyerası müddətinə və başa çatdıqdan sonra hesablanıb. Buraya əmək haqqı, bonuslar, pul mükafatları, tamaşalar, rüsumlar, reklam müqavilələri daxildir. Reytinqə görə Messi 1,85 milyard dollar qazanıb.
Reytinqin lideri 4,15 milyard dollar qazanan (inflyasiya nəzərə alınmaqla) altıqat NBA çempionu Maykl Cordan olaraq qalır. İkinci yerdə qolfçu Tayqer Vuds (2,79 milyard dollar), üçüncü yerdə isə futbolçu Kriştiano Ronaldo (2,23 milyard dollar) qərarlaşıb. Dördüncü yerdə dördqat NBA çempionu LeBron Ceyms (1,88 milyard dollar) qərarlaşıb.