ABŞ prezidenti Donald Tramp mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə məlumat verib.
"Prezidentin Yaxın Şərqə səfərinin tarixlərini də təsdiqləyə bilərəm. O, mayın 13-dən 16-na kimi Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcək", - deyə Levitt bildirib.