Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşündə Ukrayna münaqişəsinin cəbhə xəttində dondurulmasını təklif edib.
"Unikal" xəbər evrir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən yazıb.
Məlumata görə, Rusiya Kiyevin nəzarətində qalan Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin hissələrinə iddialarından imtina edə bilər. İddialara görə, məhz Putinin bu təklifindən sonra ABŞ Krımı, eləcə də artıq rus qoşunları tərəfindən işğal olunmuş əraziləri Rusiya Federasiyasının tərkibində tanımaq qərarına gəlib.
Eyni zamanda, Avropa rəsmiləri hesab edirlər ki, Putin bununla Trampa “yem” verir ki, o, sonradan Rusiyanın digər tələbləri ilə razılaşsın. Qeyd olunur ki, Vaşinqton Kiyevə böyük təzyiq göstərir.