Dağıdıcı müxalifətdə birlik olması mümkün deyil
11:38 22-08-2013
İQTİSADİYYAT
Dağıdıcı müxalifətdə birlik olması mümkün deyil
Dağıdıcı müxalifətin bir araya gəlməsi artıq mümkün deyil
Bu düşərgədə baş verənlər göstərir ki, "Milli Şura"nın bir daha toplanması sual altındadır
Mitinq fiaskosunun ardınca dünənki sessiya da göstərdi ki, dağıdıcı müxalifətin "Milli Şura"sı tamamilə iflasa uğrayıb. Bu iflasın səbəbkarı isə kənardan hansısa bir qüvvə yox, elə aqressiv müxalifət partiyalarının özləridir. Aralarında illərdir dərin kök salmış ənənəvi çəkişmə, dartışma və nifaq bu seçki öncəsi yaratdıqları növbəti birliyin də imitasiya olduğunu ortaya qoydu.
"Cəbhəçilər" İ.Qəmbəri pozuculuqla
məşğul olmaqda
günahlandırırlar
"Milli Şura"nın dünənki sessiyası mitinqin zəif keçirilməsinin müzakirəsi və partiyaların bir-birini ittihamı ilə başlayıb. Sessiyadan əvvəl də kuluarlarda AXCP üzvlərinin mitinqdə müsavatçıların az iştirak etməsi ilə bağlı narazılıqları və mübahisələri olub. Mitinqdə əsasən AXCP-nin bayraqlarının görünməsi, Müsavatın bayraqlarının isə çox az nəzərə çarpması narazılığa səbəb olub. Ona görə də sessiya başlayar-başlamaz "cəbhəçilər" Müsavatı zəiflikdə, İsa Qəmbəri isə mitinqi sabotaj etməkdə günahlandırıblar. Hətta AXCP üzvləri müsavatçıları qəsdən aksiyaya gəlməməkdə ittiham ediblər. Müsavatçılar isə mitinqin aparıcısının AXCP sədri Əli Kərimlini uzun-uzadı vəsf etməsindən narazılıqlarını ifadə ediblər.
Əslində, İsa Qəmbərin mitinqin uğursuz keçməsi üçün çalışdığı əvvəldən məlum idi. Çünki "Milli Şura"nın digər üzvləri ilə mövqeləri çoxdan haçalanan İsa Qəmbərə öz maraqları naminə qurumun mitinqinin zəif alınması sərf edirdi. Amma aydın məsələdir ki, Müsavat tam gücü ilə mitinqə qatılsaydı belə, heç nə dəyişməyəcəkdi.
Yenə də çayxana
söhbətləri
Qeyri-konstruktiv şəkildə, qarşılıqlı ittihamlarla davam edən müzakirələrdə əvvəlcə partiyalar öz aralarında "ehtiyat vahid namizəd"lə bağlı konsensus əldə edə bilməyiblər. Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyinin qalması, ancaq partiyaların öz namizədləri ilə çıxış etməsi, əgər Rüstəm İbrahimbəyov ölkəyə qayıdarsa və namizədliyi qeydə alınarsa, partiyaların namizədlərinin geri çəkməsi təklifi 5 partiya tərəfindən razılıqla qarşılansa da, AXCP təmsilçiləri bu varianta etiraz ediblər. Gültəkin Hacıbəylinin təklifi isə aranı daha da qarışdırıb. Belə ki, o, qurumun namizədinin ya İsa Qəmbər, ya da Əli Kərimli olmasını təklif edib. Təklif "Milli Şura"nın digər üzvləri tərəfindən qəbul olunmayıb.
Sessiyanın uzanması iclas zalından kənarda gözləyənlər arasında mütəmadi olaraq gərginliyin yaranması ilə müşahidə olunub. Hətta gərginlik o dərəcədə olub ki, AXCP və Müsavat rəhbərliyində təmsil olunan şəxslər bir neçə dəfə iclas zalından çıxaraq onları sakitləşdirməyə çağırıblar.
İş o yerə çatıb ki, İsa Qəmbər iclası tərk edərək partiyanın çayxanasına gəlib və bir müddət orada partiyadaşları ilə söhbət etməyə üstünlük verib. Bu söhbətə "cəbhəçilər" də qoşulublar və elə çayxanadaca Müsavatla AXCP arasında müəyyən konsensus alınıb. Rüstəm İbrahimbəyovu sonadək dəstəkləməyin faydasız olduğu qərarına gələn Əli Kərimli Müsavatın təklif etdiyi "ehtiyat vahid namizəd" təklifinə razı olub.
Uzun sürən müzakirə və mübahisələrdən sonra Müsavat və AXCP seçkilərə "vahid namizəd"lə yanaşı, "Milli Şura"nın "ehtiyat namizəd"lərlə qatılmasını məqsədəuyğun sayıblar. Bu dəfə də digər partiyalar onların bu fikrinə qarşı çıxsa da, məsələ səsə qoyulub və 1 səs üstünlüyü ilə qəbul edilib. Beləliklə, "ehtiyat vahid namizəd"lə bağlı Müsavatın təklifi nəzərə alınıb.
E.Namazovun qrupu məğlub oldu
Rüstəm İbrahimbəyovu alternativsiz "vahid namizəd" kimi görmək istəyən Eldar Namazov və onu dəstəkləyən ACP, ALP, KXCP idi. Bu baxımdan "Milli Şura"nın dünənki qərarını Eldar Namazovun qrupunun məğlubiyyəti kimi də qiymətləndirmək olar. Səsvermənin nəticələri elan olunan kimi ACP, KXCP və Azərbaycan Liberal Partiyası, o cümlədən də "EL" hərəkatının bəzi üzvləri "Milli Şura"dan çıxdıqlarını söyləyərək iclas zalını tərk ediblər.
Görünən odur ki, Əli Kərimli Rüstəm İbrahimbəyova da "atdı". "Milli Şura"nın son sessiyasında qəbul edilən qərarı məhz belə şərh etmək olar. Rüstəm İbrahimbəyovdan pul almaq üçün dünənə qədər onun tərəfini tutmağa üstünlük verən Əli Kərimli bu gün cinah dəyişməklə siyasi buqələmunluqla məşğul olduğunu ortaya qoydu. Artıq seçki kampaniyasının həlledici məqamlarının yaxınlaşdığını görən və Rüstəm İbrahimbəyov dövrünün başa çatdığını anlayan AXCP sədri növbəti proseslərdə iştirakdan geri qalmamaq üçün qoca kinorejissorla da işbirliyinə son verdi. Artıq o bu qənaətə gəlib ki, özü üçün çalışmağın vaxtı yetib.
Bununla yanaşı, AXCP sədrinin yer dəyişdirməklə sübut etməyə çalışdığı başqa bir məsələ də var. Belə ki, özünün "böyük siyasətçi" olduğunu düşünən AXCP sədri bu addımı ilə bəzi xarici, antiazərbaycançı dairələrə göstərmək istəyir ki, o, kimin yanındadırsa, insanlar da onu dəstəkləyir. Lakin Rüstəm İbrahimbəyovu dəstəklədiyi dönəmdə qoca kinorejissor Avropa səfərlərində istədiyi dəstəyi ala bilmədi. Hətta Rüstəm İbrahimbəyovun iştirakı ilə Avropa Parlamentində keçirilməsi planlaşdırılan tədbirdə onun iştirakı rəsmən ləğv olundu. Yayılan məlumatlara görə, onun yerinə tədbirə Müsavat başqanı İsa Qəmbər dəvət olunacaq. Bu mənada Əli Kərimlinin İsa Qəmbərlə yaxınlaşmasını başa düşmək olar.
Məqsəd qoca
kinorejissorun
gətirdiyi vəsaitləri
mənimsəməkdir
Həm Əli Kərimli, həm də İsa Qəmbər bu seçkidə məğlub olacaqlarını çox yaxşı dərk edirlər. Ona görə də "Milli Şura"nın namizədi və ya öz partiyalarının namizədi olsalar belə, seçki gününə bir neçə gün qalmış başqa namizədin xeyrinə seçkidən geri çəkiləcəklər. Beləliklə, onlar kimisə qurban verməklə məğlubiyyətin məsuliyyətini öz üzərlərindən atmağa çalışacaqlar. Bu taktika ötən seçkilərdə dəfələrlə sınaqdan çıxarılıb.
Hazırda isə Əli Kərimli və İsa Qəmbərin əsas məqsədi "Milli Şura"nın namizədi olmaqdır. Çünki elə bilirlər ki, "vahid namizəd" kim olsa, Rüstəm İbrahimbəyovun gətirdiyi vəsaitləri də məhz o, daha çox mənimsəyəcək. Axırıncı sessiyada onlar bu istiqamətdə yollarını açmaqla məqsədlərinə yaxınlaşdıqlarını düşünürlər.
Lakin Eldar Namazov "ehtiyat vahid namizəd"lər məsələsində sona qədər dirəniş göstərmək niyyətindədir. "Yaxın günlərdə növbəti iclasda yekun qərar qəbul olunacaq. Bu ideyanı reallaşdırmaq üçün məsləhətləşmələr aparılacaq" - deməsindən də görünür ki, Eldar Namazovun qrupu "ehtiyat vahid namizəd" məsələsində hələ son nöqtəni qoymayıb.
Deməli, hələ yekun nəticə əldə olunmayıb. "Milli Şura"nın isə növbəti iclasının vaxtı müəyyən olunmayıb. Çox güman ki, heç olmayacaq da. Çünki son sessiyada yaşananlardan sonra çətin ki dağıdıcı müxalifət bir araya gəlsin. Sentyabrın 4-ü isə son tarixdir. Əgər həmin vaxta qədər ortaq məxrəcə gəlinməsə, İsa Qəmbər prezidentliyə namizədliyini verəcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40