Bu gün İtaliya kubokunda Milan derbisi keçiriləcək.

"Unikal" xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində "İnter" "Milan"ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hər iki klubun finala adlamaq şansları bərabərdir. Çünki bu komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.

A seriyasında "İnter" və "Milan" arasındakı fərq böyükdür. Hazırda Simon İnzaqinin komandası sıralamada 71 xalla liderdir. Serxio Konseysaonun kollektivi isə 51 xalla 9-cu pillədədir.

İtaliya kuboku, yarımfinal

23 aprel

23:00. "İnter" - "Milan"

İlk oyun - 1:1