Ukrayna lideri Volodimir Zelenskinin istefası Rusiyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı tələbləri sırasında deyil.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın “Le Point” nəşrinə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, bizim tələblərimizdən biri deyil, amma bu gün Zelenski ilə saziş imzalansa belə, insanlar sonradan onun legitimliyini qanuni olaraq şübhə altına ala bilərlər”, - deyə o vurğulayıb.