"Qərb ölkələrinin hücumu halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib. 

Onun sözlərinə görə,  belə bir halın baş verməsi hüquqidir. 

"2024-cü ilin noyabrında “Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarına” düzəlişlər edilib. Ona görə ki, Rusiya ona və ya Belarus Respublikasına qarşı hücum zamanı, o cümlədən adi silahlardan istifadə etməklə nüvə silahından istifadə etmək hüququnu özündə saxlasın", - o deyib.

Şoyqunun sözlərinə görə, “Rusiya Avropa ölkələrinin hərbi hazırlıqlarını diqqətlə izləyir”.

"Rusiya Federasiyasının Milli Təhlükəsizlik Strategiyasına uyğun olaraq, xarici dövlətlər tərəfindən Rusiya Federasiyasının suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan qeyri-dost hərəkətlərə yol verildiyi halda, ölkəmiz bu cür hərəkətlərin qarşısını almaq üçün zəruri olan simmetrik və asimmetrik tədbirlərin görülməsini qanuni hesab edir". 

Gülayə Mecid