"Zvezda" telekanalının müharibə müxbiri Nikita Qoldin LXR-də çəkiliş qrupunun atəşə tutulması zamanı yaralanmasından təxminən bir ay sonra Moskva xəstəxanasında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

"Təəssüf ki, həmkarımızın aldığı yaralar çox ağır idi", - "Zvezda"nın bəyanatında deyilir.

Martın 24-də jurnalistin getdiyi avtomobil Mixaylovka kəndi yaxınlığında HİMARS raketi ilə vurulub. Hücum nəticəsində “İzvestiya”nın üç əməkdaşı həlak olub. Eyni avtomobildə olan Qoldin başından ağır qəlpə yarası almışdı. 

Ağarza Elçinoğlu