Aprelin 23-dən 24-nə keçən gecə Fransanın Buş-du-Ron departamentində iki cəzaçəkmə müəssisəsinə hücum edilib.
"Unikal" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Mövcud məlumata görə, Eks-Luynes istintaq təcridxanasına atəşfəşanlıqla hücum edilib. Gecə yarısından az sonra işçilər yaxınlıqdakı dayanacaqdan binaya atəş açıldığını bildiriblər.
Elə həmin gecə Marseldəki La Valentine uşaq həbsxanasının işçiləri binanın yaxınlığında iki kiçik yanğın olduğunu bildiriblər.