Məşhur sənətçi Mahsun Kırmızıgül xəstəxanalıq olub. 

"Unikal" xəbər verir ki, buna səbəb müğənninin ard-arda kədərli xəbərlər alması olub. Belə ki, aktyorluğa və rejissorluğa ara verən Mahsun Kırmızıgül 6 dekabr 2024-cü ildə 99 yaşlı anası Faike Arıkı itirib.

Bir müddət sonra Kırmızıgül ögey anası Zühre Bazencirini də itirib.  Analarının ölüm acısını yaşayarkən müğənni yaxın dostunun vəfatı xəbəri ilə sarsılıb. Bir-birinin ardınca gələn bəd xəbərlər müğənninin səhhətinə mənfi təsir edib.

Həkimlər onun ürək döyüntüsünün çox olduğunu açıqlayıblar. Müayinələrdən sonra sənətçi evə buraxılıb. 

Gülayə Mecid