"XalqKart" sahibləri 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə 23-28 aprel tarixlərdə "XalqKart"la kitab alışlarında 10% keşbek/petrol qazanacaqlar. 

"Unikal" xəbər verir ki, əlavə olaraq, 30 aprelədək "XalqKart"ı pulsuz sifariş etmək mümkündür.

"Xalq Bank"ın təqdim etdiyi XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

-           AZN qalığına illik 8% əlavə gəlir;

-           ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

-           aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

-           onlayn sifariş və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. 

"XalqKart"ı XalqOnline mobil tətbiqini yükləyərək, Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az// səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.