Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Quşçular kəndində qeydə alınıb. Hərəkədə olan minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sürücü 1978-ci il təvəllüdlü R.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Fakt araşdırılır.
Tural Əhmədov