Hindistan və Pakistan sərhədində yerləşən Attari İnteqrasiya Keçid Məntəqəsi bağlanacaq.
"Unikal" xəbər verir ki, Kəşmirin cənubunda baş verən terror aktından sonra verilən qərar Hindistan Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb.
Sərhədi keçən Pakistan vətəndaşları 2025-ci il mayın 1-dək marşrutla qayıda bilərlər.
Hindistan və Pakistan, ölkələr arasındakı gərgin münasibətlərə görə çox məhdud sayda rəsmi sərhəd keçidlərinə malikdir, bunlardan başlıcası Attaridir.
Hindistanın xarici işlər naziri Vikram Misri verdiyi açıqlamada bütün qərarların Kəşmirin cənubunda 20-dən çox insanın ölümü və 10-dan çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra verildiyini təsdiqləyib.
Gülayə Mecid