UEFA Çempionlar Liqasının yeni formatında bir sıra dəyişiklikləri nəzərdən keçirir.

"Unikal" “Bild” nəşrinə istinadən xəbər verir ki, pley-off matçlarında əlavə vaxtı ləğv edilə bilər. Bundan başqa, ümumi mərhələnin sonunda ən yaxşı səkkiz kluba pley-offun cavab oyunlarını öz meydanında keçirmək hüququnun verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2024/2025-ci illər mövsümündən etibarən Çempionlar Liqasının qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Komandaların sayı 32-dən 36-ya çatdırılıb. Hər komanda 8 oyun keçirir, nəticədə turnir cədvəlində ilk səkkiz yeri tutan klub birbaşa turnirin 1/8 finalına adlayır. Digər 16 kollektiv isə pley-offda mübarizə aparır.