Çindən nəhəng gəmi ilə Türkiyənin Kocaeli Safiport Limanına gətirilən minlərlə avtomobilin havadan çəkilən görüntüsü diqqət çəkib.
"Unikal" xəbər verir ki, dünyanın aparıcı elektrik avtomobil istehsalçılarından biri olan BYD-nin yüksək texnologiyalı nəqliyyat vasitələrini daşıyan gəmisi "BYD Changzhou" fevralın 25-də Çinin Ninqbo limanından Türkiyəyə yola düşüb. 7000 nəqliyyat vasitəsi tutumlu gəmi 39 günlük səfərdən sonra aprelin 5-də Türkiyəyə çatıb.
Limanda boşaldılan minlərlə sıfır km-lik avtomobilin Türkiyə və xaricdə istifadə ediləcəyi bildirilib.
Ağarza Elçinoğlu