Ukraynanın Berlindəki keçmiş səfiri, ölkənin BMT-dəki daimi nümayəndəsi təyin edilmiş Andrey Melnik BMT-yə yox, həkimə müraciət etməlidir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Bu, əlbəttə ki, BMT-nin yox, həkimin işidir. Bu, Bankovada baş verənlərin əla təsviri və aydın mənzərəsidir. Onlar başa düşürlər ki, sadəcə olaraq Qərbi Avropa kuratorlarını nə iləsə şantaj etmək lazımdır - vəssalam və pul çay kimi axacaq. Bu, onların istifadə etdiyi taktikadır", - Zaxarova bildirib. 

Rusiya diplomatik departamentinin nümayəndəsi keçmiş səfirin Kiyevin 2029-cu ilə qədər hərbi əməliyyatlar keçirə biləcəyi ilə bağlı açıqlamalarını belə şərh edib. Melnikin sözlərinə görə, bunun üçün Almaniya hərbi texnikasının 30 faizini, o cümlədən “Taurus” raketlərini Ukraynaya ötürməlidir.

Gülayə Mecid