“Arsenal” futbolçusu Tomas Parti ilə müqavilə müddətini uzadacaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, London klubu qanalı yarımmüdafiəçisinə iki illik yeni sözləşmə təklif edəcək. 31 yaşlı oyunçu da “topçular”da qalmağa müsbət yanaşır.

Onun hazırkı müqaviləsi yayda başa çatır.

T.Parti bu mövsüm İngiltərə çempionatında "Arsenal"ın heyətində 31 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.