Növbəti bir neçə gün Ukrayna danışıqları üçün çox vacib olacaq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz bu müharibəni tez bir zamanda bitirmək istəyirik. Hesab edirəm ki, çox irəliləyiş əldə etmişik. Yaxın bir neçə gündə nə baş verəcəyini görəcəyik. Hazırda görüşlər gedir", - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti, həmçinin həm Moskva, həm də Kiyev tərəfindən qəbul ediləcək sülh sazişinin tezliklə hazırlanmasının mümkünlüyünə əmin olduğunu bildirib.