Fransalı sabiq hücumçu Tyerri Anri "Give me Sport" portalının versiyasına görə İngiltərə Premyer Liqası tarixinin ən yaxşı hücumçusu olub.
"Unikal" xəbər verir ki, Londonun "Arsenal" klubunda Premyer Liqada çıxış etdiyi müddətdə fransız futbolçunun 175 qolu var. Reytinqdə ikinci yeri “Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer (260 qol), üçüncü yeri “Everton” və “Mançester Yunayted”də çıxış etmiş Ueyn Runi (208 qol) tutub.