Bu gün Misli Premyer Liqasında XXXII tura start veriləcək.
"Unikal" xəbər verir ki, günün yeganə oyunu Tovuz şəhər stadionunda təşkil olunacaq.
“Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Matç saat 19:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək.
Hazırda turnir cədvəlində meydan sahibləri 48 xalla 4-cü, qonaqlar isə 34 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XXXII tur aprelin 28-də başa çatacaq.