Türkiyədə 67 yaşlı Konya şəhər sakini dizindən əməliyyat olunduqdan sonra ana dilini unudub.

"Unikal" xəbər verir ki, dama tıxanmasından əziyyət çəkən konyalı Danimarka dilində danışmağa başlayıb.

Əməliyyatdan sonra kişinin sağ qolu və ayağı zəifləyib. Həkimlər təcili angioqrafiya aparıblar və trombı çıxarıblar. Lakin sonradan xəstə Danimarka dilində danışmağa başlayıb. Məlumata görə, o, 20 il Danimarkada yaşayıb, sonra Türkiyəyə qayıdıb və təxminən 10 il əvvəl Konyada məskunlaşıb.

Adam tərcüməçi vasitəsilə agentliyə “Beynimdə Danimarka dili var, amma türkcə heç nə deyə bilmərəm” söyləyib.

Konya Səlcuq Universitetinin Tibb Fakültəsinin doktoru Gökhan Özdemir qeyd edib ki, damar tıxandıqdan sonra xəstənin dilləri unudması və ya bilmədiyi dillərdə danışmağa başlaması halları ola bilər. Həkim yaxın gələcəkdə kişinin yenidən türkcə danışacağını proqnozlaşdırır.