Xəbər verdiyimiz kimi, Bəndər Abbasın Rəcai limanında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, yaralananların sayı 700-ü keçib.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, Hörmüzqan əyalət polisinin rəhbəri Əli Əkbər Cavidan partlayışdan sonra 6 nəfərin itkin düşdüyünü açıqlayıb.
Daxili işlər naziri Eskandar Momeni bildirib ki, Rəcai limanında yanğın hələ də tam söndürülməyib: "Yanğının söndürülməsini, yanğının başqa ərazilərə keçməsinin qarşısını almağı və bu hadisənin səbəblərini araşdırmağı düşünürük".
Ağarza Elçinoğlu