Pakistanın keçmiş baş naziri İmran Xanı təhqir edən və 2022-ci ildə tərəfdarlarından birini öldürən pakistanlı şəxs günahkar bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hücum edən Naveed Ahmad Pəncab əyalətinin Vəzirabad şəhərində Xana atəş açaraq onu ayağından yaraladıqdan qısa müddət sonra həbs edilmişdi.

Xan həmin ilin aprelində parlamentdə etimadsızlıq səsverməsində hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra 2022-ci ilin noyabrında mitinq üçün kortejlə İslamabada gedirdi.

O, hazırda korrupsiyada, rəsmi sirləri açmaqda və nikah qanunlarını pozmaqda ittiham olunaraq həbsdədir.

Ağarza Elçinoğlu