Misirin Hurqada şəhərindən uçan Boeing 737-800 təyyarəsini Samarada eniş edərkən ildırım vurub.

"Unikal" xəbər verir ki, bu barədə "Aviaincident" teleqram kanalı yazıb.

Məlumata görə, Kurumoç hava limanında eniş zamanı təyyarə 1,8 min metr hündürlükdə olarkən ekipaj mümkün ildırım vurması barədə məlumat verib, lakin fövqəladə vəziyyət və ya qəza siqnalı verilməyib. "Boeing" təhlükəsiz eniş edə bilib.