Toyuq əti dünyada ən çox istehlak edilən ətlərdən biridir və çox vaxt digər heyvan ətlərindən daha az yağ ehtiva edir. Bununla belə, araşdırmalar göstərir ki, bu növ ətdən çox yemək xərçəng riskini, o cümlədən mədə-bağırsaq xərçəngi riskini iki dəfə artıra bilər.

"Unikal" xəbər verir ki, İtaliyanın Milli Qastroenterologiya İnstitutunun mütəxəssisləri qida və içki haqqında anket dolduran 5 minə yaxın insandan məlumat toplayıb.

Alimlər nə qədər quş əti yediyinə görə insanları dörd kateqoriyaya bölüblər.

Həftədə 300 q-dan çox - təxminən dörd porsiya - yeyənlərin bütün xərçənglərdən ölmə riski həftədə 100 q-dan az yeyənlərə nisbətən 27% daha yüksək olub. Bu, bağırsaq və mədə xərçənginə gətirib çıxara bilər.