Türkiyəli aktyor Kaan Urqancıoğlu aktrisa Meryem Üzerli ilə tərəf müqabili olacaq.

"Unikal" xəbər verir ki, onlar turizm məqsədi ilə çəkiləcək Türkiyənin tanıtım videoçarxında rol alacaqlar. Layihənin çəkilişləri may ayında İstanbulda start götürəcək.

Ekran işi "Go Türkiye" platformasında nümayiş olunacaq.