Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var.
"Unikal" xəbər verir ki, bu gün saat 16 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində Kamran Qasımovun idarə etdiyi “VAZ-21012” və İlkin Orucovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2107”də olan sərnişin, 1966-cı il təvəllüdlü Aydınbulaq kənd sakini Şabəddin Ağabalayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla baglı araşdırma aparılır.
Seymur Əli