Kişi idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən halqalar proqramında Dünya kuboku seriyasının qalibi adına layiq görüldü.

Bu barədə "Unikal"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Qeyd edək ki, ötən gün Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi yekunlaşıb. Azərbaycan gimnastı Nikita Simonov halqalarla yarışda 14,333 xal toplayaraq gümüş medal qazanıb.

Xatırladaq ki, Simonov daha əvvəl Dünya Kubokunun Bakı mərhələsinin qalibi olub, həmçinin Kottbus, Osiek və Antalyada isə ikinci yeri tutub.