İspaniyada güclü elektrik kəsilməsindən sonra fövqəladə vəziyyət elan edilib. Madrid, Andalusiya və Ekstremadura artıq hökumətdən kömək istəyib. Təhlükəsizliyi artırmaq üçün 30 min polis məmuru səfərbər edilib.

"Unikal" xəbər verir ki, aprelin 28-də İspaniya, Portuqaliya, Andorra və Fransanın Pireney yarımadası ilə həmsərhəd bölgələrində qəfil və geniş şəkildə elektrik enerjisi kəsilib. Madrid, Barselona, ​​Valensiya, La Korunya, Sevilya və digər şəhərlər işıqsız qalıb. Bir çox yerlərdə svetoforlar, metrolar və hava limanları işləmir, dəmir yolu xidməti və avtomobil tunellərində hərəkət dayandırılıb. Banklar, kafe və mağazalar bağlanıb, sakinlərin evlərində elektrik yoxdur, mobil rabitədə fasilələr var. Supermarketlərdə növbələr yaranıb və insanları sıxışan liftlərdən xilas etmək lazım gəlib. Bütün atom elektrik stansiyaları təhlükəsiz şəkildə bağlanıb.

Sözügedən şəhərlərdən fotoları diqqətinizə çatdırırıq:

Gülayə Mecid