28.04.2025-ci il tarixdə saat 21:20 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2023-cü il təvəllüdlü ( kişi cinsi) azyaşlı ağır vəziyyətdə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, valideynlərinin dediyinə görə həşəratlar üçün istifadə olunan dərman qəbul edib.
Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 28.04.2025-ci il tarixində saat 21: 45-də ölüm faktı qeydə alınıb.
*** 10:35
Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində baş verib. Belə ki, 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin aparılan tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada ölüb. Məlumata görə T.Tapdıqov evdə nəzarətiz qalan zaman ağcaqanadlar üçün nəzərdə tutulmuş zəhərli mayeni içib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov