Gürcüstan neytral ölkə kimi regionda təhlükəsizliyi təmin etmək potensialına malikdir və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlıdır.
"Unikal" xəbər verir ki, bunu Gürcüstan parlament sədrinin müavini Gia Volski deyib.
O, prezident Mixail Kavelaşvilinin Azərbaycana səfərindən bir neçə gün sonra Ermənistana səfərini şərh edərkən deyib: "Hesab edirəm ki, hər iki ölkənin münasibəti oxşardır. Onların xarici işlər nazirləri bu yaxınlarda Tbilisiyə səfəri zamanı bizim xarici işlər nazirimizlə görüşdə də eyni münasibəti ifadə ediblər. Gürcüstan prezidentinin gəlişi bizim tərəfimizdən belə münasibətin simvoludur. Qonşularla, xüsusən də strateji tərəfdaşlarla münasibətlərin inkişafı bizim üçün xüsusi maraq kəsb edir".
Ağarza Elçinoğlu