Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, turistlər Antalya hava limanından Side şəhərinə gedirmiş. İlkin məlumata görə, 18 rusiyalı və avtobus sürücüsü yaralanıb. Avtobusda ümumilikdə 25 Rusiya vətəndaşı olub.
Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.