Udmurtiyada Tramp adlı it evdə baş verən yanğın zamanı dərin yuxuda olan sahiblərini xilas edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Votkinsk rayonunun Katışi kəndində baş verib. Fərdi evlərdən birində qısaqapanmadan sonra verandada yanğın başlayıb - bu zaman yaşlı ev sahibləri yuxuda olub.
Cütlüyün Tramp adlı spaniel iti yüksək səslə hürərək təqaüdçüləri oyadıb. Cütlük evdən çıxana qədər it dayanmayıb.
Yanğın nəticəsində ev və yardımçı tikililər tamamilə yanıb, alov 112 kvadratmetr ərazini əhatə edə bilib. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin 6 canlı qüvvəsi və 3 texnikası iştirak edib.