ABŞ prezidenti Donald Tramp öz vəsaiti hesabına Ağ Evin interyerini yeniləyib, onu başqa şeylərlə yanaşı, 24 karatlıq qızılla bəzədib.

"Unikal" xəbər verir ki, Amerika lideri bu barədə "Atlantic" jurnalına müsahibəsində bildirib.

"Bəli, mən bunu özüm edirəm. Oraya baxın, orda? Bunlar hamısı Mar-a-Laqodandır... Bunların hamısı 24 karatlıq qızıldır. Maraqlısı odur ki, insanlar heç vaxt qızıla bənzəyən boya icad etməyiblər", - Tramp deyib.

Prezident həmçinin bildirib ki, Ağ Evin otaqlarından birində yeni çilçıraq asmaq istəyir, ancaq hələlik o, “Çin və Rusiya ilə çox məşğuldur”.

Tramp əlavə edib ki, təmirdən sonra Oval kabinet lazım olduğu kimi görünməyə başlayıb.