UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Arsenal” Britaniyada Fransanın PSJ klubunu qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 4-cü dəqiqədə Usman Dembele vurub.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyun

29 aprel

23:00. “Arsenal” (İngiltərə) - PSJ (Fransa) 0:1

Qol: Usman Dembele, 4

Qeyd edək ki, yarımfinalın digər qarşılaşması aprelin 30-da İspaniya “Barselona”sı ilə İtaliya “İnter”i arasında olacaq.