ABŞ prezidenti Donald Tramp Papa (Roma Papası - red.) olmaq istədiyini deyib.
"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı açıqlayıb.
Jurnalistlər ABŞ liderindən yeni Papanın kimin ola biləcəyini soruşublar.
"Mən Papa olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı", - Tramp gülümsəyərək zarafatla bildirib.
Ağarza Elçinoğlu