Azərbaycan Mərkəzi Bankı (AMB) “Finoko”BOKT ASC-yə icrası məcburi göstəriş verib.

"Unikal" AMB-yə istinadən xəbər verir ki, BOKT bu ilin I rübü üzrə prudensial tələblərə dair hesabatları “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 24.2-ci maddəsinin tələblərini pozaraq təqdim etməyib.

Buna görə də qanunun 25.1.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Finoko” Bank olmayan kredit təşkilatı ASC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.