Hazırda ölkə üzrə ümumi enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Dayanıqlı maliyyə hesabatı”nda məlumat qeyd olunub.
Bildirilib ki, ötən il fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin payında əhəmiyyətli artım müşahidə edilib.
“Azərbaycan yaşıl iqtisadiyyata keçid çərçivəsində nəqliyyat infrastrukturunun modernləşdirilməsi və dayanıqlılığının artırılması məqsədilə mühüm investisiyalar həyata keçirməkdədir. Karbon emissiyalarının azaldılması və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılması üçün ictimai nəqliyyatda elektrik mühərrikli avtobusların tətbiqi genişləndirilib, elektrik dolum mərkəzlərinin sayı artırılıb və velosiped yollarının inşası həyata keçirilib”, - deyə məlumatda qeyd edilib.