Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “H.Əliyev küçəsi 135A” ünvanı üzrə ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Konstitusiyanın bizim hüquqi təməlimiz, suverenliyin isə milli kimliyimiz olduğunu bildiriblər. Natiqlər konstitusiya dəyərlərini qoruyaraq suverenliyimizi daha da möhkəmləndirməli olduğumuzun vacibliyini diqqətə çatdırıblar.
Tədbirin sonunda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.