ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin çox müdrik və hiyləgər insan olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

"Putin çox müdrik və hiyləgər insandır. Onun müharibəni bitirmək niyyəti yox idi. O, bütün ərazini Ukrayna istəyirdi", - kanal Amerika liderindən sitat gətirib.  

Tramp əlavə edib ki, o, hələ də Moskva və Kiyevin sülh razılaşması əldə edə biləcəyinə inanır. Lakin Ağ Evin sahibi bunun nə vaxt baş verəcəyini deməkdən imtina edib.

Gülayə Mecid