Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start veriləcək.

"Unikal" xəbər verir ki, İspaniyanın “Betis” komandası evdə İtaliyanın “Fiorentina” klubunu, İsveç təmsilçisi “Yurqorden” isə İngiltərənin “Çelsi” kollektivini qəbul edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Konfrans Liqası

Yarımfinal, ilk oyun

1 may

23:00. “Betis” (İspaniya) - “Fiorentina” (İtaliya)

23:00. “Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə).

Qeyd edək ki, bu raundun cavab oyunları mayın 8-də təşkil olunacaq.