İran prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına son səfərindən sonra İlham Əliyevin göstərişi ilə İran Milli Bankının Bakı filialı bir müddət fasilədən sonra yenidən fəaliyyətini bərpa edib.

"Unikal" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb. 

Məlumata görə, bu, iki ölkə arasında ticarət əlaqələrinin inkişafında müsbət haldır və Azərbaycan Respublikasındakı iranlı iş adamları üçün şad xəbərdir: "Son illər Azərbaycan Respublikası ilə İran arasında gərginlik və fikir ayrılıqları artıb, lakin görünən odur ki, iki ölkənin hakimiyyət orqanları mövcud fikir ayrılıqlarını idarə etməyi bacarıb. İran prezidentinin Bakıya səfəri və Bakıda "Bank Melli" filialının açılışı da bu baxımdan qiymətləndirilir".

Qeyd edək ki, "Bank Melli"nin Bakı filialı yoxlamalardan sonra Azərbaycan Mərkəzi Bankının 2023-cü il qərarından sonra bağlanmışdı. 

Ağarza Elçinoğlu