İngiltərədə aparılan araşdırmalara görə, hər iki nəfərdən biri ildə ən azı bir dəfə günəş yanığının təsirinə məruz qalır. Bu da dəri xərçənginin bilinməyən səbəbləri arasındadır. Normal görünən şey əslində xərçəng üçün ciddi risklər yaradır.

"Unikal" xəbər verir ki, melanoma dəri xərçənginin ən ölümcül növlərindən biridir və günəş yanığı xəstəliyin inkişaf riskini iki dəfə artırır. "Melanoma Focus" xeyriyyə təşkilatının araşdırması 18-32 yaş arası gənclərin ən riskli qrup olduğunu açıqlayıb. Gənclərin 65 faizi ən azı ildə bir dəfə yanır.

Sorğunun nəticələri də eyni dərəcədə təəccüblüdür. Məlum olub ki, insanların üçdə biri isti havalarda günəş kremindən istifadə etmir, hər 10 nəfərdən biri isə ümumiyyətlə istifadə etmir.

Maraqlısı budur ki,  kişilərin 42 faizi ümumiyyətlə günəş kremindən imtina edir.  Ekspertlər isə bununla bağlı bəzi xəbərdarlıqlar edir. Bildirilir ki,  ən azından SP+ və ya digər günəşdən qoruyu kremlərdən istifadə etmək mütləqdir. 

Gülayə Mecid